İraq prezidenti baş nazirin istefasını qəbul edib

İraq prezidenti baş nazirin istefasını qəbul edib

İraq Prezidenti Behram Salih baş nazir Adil Əbdülmehdinin istefasını qəbul edib.

Gununsesi.org xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

İraq prezidenti bildirib ki, yeni seçki qanunu qəbul edildiyi halda erkən parlament seçkilərinin keçirilməsini təsdiqləyəcək.

Xatırladaq ki, İraqda korrupsiya, işsizliyə qarşı etiraz aksiyaları keçirilir. Baş nazir etiraz aksiyalarının tələbi ilə istefa verib.

Adil Əbdülmehdi 1942-ci il yanvarın 1-də Bağdadda anadan olub. 2004-2006-cı illərdə maliyyə naziri, 2005-2011-ci ildə vitse-prezident, 2014-cü il sentyabrın 8-dən 2016-cı il iyulun 19-dək İraqın neft naziri, 2018-ci il oktyabrın 25-dən 2019-cu il oktyabrın 31-dək ölkəsinin baş naziri işləyib.

 

Gununsesi.org

 

Gununsesi.org

COMMENTS