İraqın paytaxtı Bağdadda yenidən aksiyalar başlayıb.
Gununsesi.org xarici KİV-ə istinadən xəbər verir ki, nümayişçilərlə polis arasında toqquşmalar başlayıb. Polis etirazçılara qarşı silahdan və gözyaşardıcı qazdan istifadə edib. Nəticədə 12 nəfər ölüb, 200-dən çox insan yaralanıb.
Qeyd edək ki, nümayişçilər idarəçilik, kommunal xidmətlərin olmaması, rşvət, işsizlik əleyhinə aksiya keçirirlər.
Bundan əvvəl ilk etiraz dalğasında 150-dən çox insan ölmüş, 6 min nəfər yaralanmışdı.
Gununsesi.org
COMMENTS