“Tramp ən yaxşı amerikalı prezidentdir”- ƏSƏD

“Tramp ən yaxşı amerikalı prezidentdir”

“Donald Tramp ən yaxşı amerikalı prezidentdir”.

Gununsesi.org TASS-a istinadən xəbər verir ki, bunu Suriya Prezidenti Bəşşar Əsəd Suriyanın “El-Ihbariye” və “Syria” peyk telekanallarına müsahibəsində deyib.

Onun sözlərinə görə, bu, Trampın yürütdüyü siyasətin ciddi xarakter daşıması ilə yox, ABŞ prezidentinin niyyətlərində şəffaf olması ilə əlaqədardır: “O deyir: “Biz neft istəyirik”, “Biz nədənsə yaxa qurtarmaq istəyirik”, “Biz pul müqabilində xidmət göstərmək niyyətindəyik”. Bu, ABŞ siyasətinin reallığıdır. Anlaşılan rəqibdən daha yaxşı nə ola bilər?!”, – B.Əsəd vurğulayıb.

 

Gununsesi.org

COMMENTS