d

İraq lideri Səddam Hüseynin ölümündən öncəki son fotoları yayıldı

  • By arzu
  • 28 İyun 2023 17:56

İraqın inqilabi lideri Səddam Hüseynin ölümündən bir neçə dəqiqə öncəki yeni fotoları yayılıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, edamdan öncəki fotolar 30 dekabr 2006-cı ildə çəkilib.

HTML tutorial

Həmin zaman təkərli arabada oğəyləşən Səddam Hüseyn qandallı əlləri ilə “Quran” kitabını tutur.

“FOTO HƏRBİ KƏŞFİYYAT BİNASINDA ÇƏKİLDİ”

Sözügedən fotolarda yer alan İraq Apellyasiya Məhkəməsinin keçmiş başçısı Munir Haddad o anları xatırladıb.

Səddamın tam qarşısında oturduğu görülən Haddad belə deyib:

“Bu foto 30 dekabr 2006-cı ildə Bağdadın Kazimiyə bölgəsində əsgəri kəşfiyyat binasınıda məhkəmənin Səddam Hüseynini əleyhinə olan qərarını oxuyarkən çəkilib”.

Xatırladaq ki, 2003-cü ildə Amerikanın İraqa hərbi müdaxiləsi ilə iqtidarı sonlandırılan S. Hüseynin yaxalandıqdan sonra məhkəmədə edam qərarına çatdırılmışdı.

   

Tərcümə: Arzu

Gununsesi.info