
Türkiyədə 47 illik əczaçılıq edən Sabri Yılmaz ölkədə gündəm olub.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, xərçəng xəstəliyinə düçar olan adam bu bəlanı yendikdən sonra daha ciddi bir işə girişir.
Sağlamlığını təhsillə taclandırmaq istəyən Yılmaz Universitet imtahanına girərək tarix üzrə təhsil alır.
Üstəlik, fakültə birinci kimi, həmin universitetdən məzun olur.
Düzcə şəhərindən olan Yılmaz tarixin onun hobbisi olduğunu söyləyir.
“Magistr təhsili almaq istəyirəm. Beynimi xəyallarımla məşğul edərək bu günlərə gəldim. Həyatımda heç bu qədər xoşbəxt olmamışdım. Xərçəng gəxtəliyi məni bəxtəvər edən tarixlə qovuşdurdu”.
Tərcümə: Arzu