
Rusiya Prezidenti Vladimir Putin muzdlu silahlı qruplaşma olan “Vaqner”ə səslənib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, hərbçilərə çağırış edən Prezident Putin onları orduya dəvət edib.
Rus lider açıqlamasında, bu olmazsa, “Vaqner”çilərin getməsini təklif edib.
” “Vaqner” hərbçiləri ya Rusiya Müdafiə Nazirliyi ilə anlaşma imzalayacaqlar, ya da Belarusa gedəcəklər. Yaşananlar xalqı gücləndirdi. Qan tökülməsini önləyən “Vaqner” komandirlərinə təşəkkür edirəm”.
Tərcümə: Arzu