
Türkiyənin Xarici İşlər Nazirliyi İsrailin əməllərini qınayıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, açıqlamada İsrail hökumətinin Qərbi Şəriədə yeni mənzillərin inşaatını təsdiqlənməsi tənqid edilib. Türkiyə XİN-in açıqlamasında bunlar vurğulanır:
“İsrail hökumətinin işğal altında tutmaqda olduğu Qərbi Şəriədə 5700 yeni mənzil inşasını təsdiqləməsini qınayırıq. İlbaşından bu yana qədər yeni rekordla 13 mini keçən qanunsuz məskunlaşmalar iki dövlətli həllin zəmininə və qalıcı barışığa ciddi zərər vurur. İsrail işğal altındakı Fələstin torpaqlarından beynəlxalq hüquqa zidd şəkildə Fələstin xalqının haqların qəsb edən və heç bir şəkildə qəbul edilməsi mümkün olmayan bu məskunlaşma işlərinə dərhal son qoyulmalıdır”.
Xatırladaq ki, İsrail hökuməti Fələstin torpaqlarında qanunsuz məskunlaşma fəaliyyətləri ilə 5700 yen mənzilin inşasını təsdiqləmişdi.