Azərbaycanda video bloger cərimələndi

Azərbaycanda video bloger cərimələndi

Özünü bloger adlandıran Tərtər rayon sakini Ziya Mahmudov xüsusi karantin rejiminin tələblərini pozduğuna görə Tərtər Rayon Polis Şöbəsinin xidmətdə olan əməkdaşları tərəfindən saxlanılaraq İXM-in 211-ci maddəsinə əsasən inzibati qaydada barəsində cərimə protokolu tərtib edilərək sərbəst buraxılıb.

Bu barədə Gununsesi.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, xüsusi karantin rejiminin tətbiqindən sonra bu, Z.Mahmudovun inzibati qaydada 3-cü cəzasıdır.

Bundan əvvəl də o, 2 dəfə xüsusi karantin rejiminin tələblərini pozduğu üçün İXM-in 211-ci maddəsinə əsasən 100 manat cərimə olunub.

Qeyd edək ki, bir müddət öncə sosial şəbəkələrdə bloger video çəkiliş edərək yerli sakinlərin probelemlərini işıqlandırmışdı.

Gununsesi.org

COMMENTS