İrana qarşı yeni sanksiyalar hazırlanır - SƏBƏB

  • By Günel
  • 14 Sentyabr 2024 10:41

Avropa İttifaqı (Aİ) İranın Rusiyaya ballistik raket transferinə görə Tehranı ittiham edib.

Gununsesi.info xəbər verir ki, Aİ-nin xarici işlər komissarı Jozep Borrel ballistik raketlərin Rusiyaya transfer edilməməsi üçün dəfələrlə Tehrana ciddi xəbərdarlıq edildiyini bildirib.

Borrel bildirib ki, belə bir transfer Rusiyanın azalmaqda olan raket cəbbəxanasının doldurulması məqsədini güdür.

O, Aİ-nin İranın onsuz da ağır sanksiyalar altında olan aviasiya sektoruna yeni sanksiyalar hazırlandığını açıqlayıb.

Gununsesi.info