“Həkim Cavid Paşayevin vəziyyəti stabil ağır olaraq qalır”.
Gununsesiaz.info bildirir ki, bu barədə Oxu.Az-a Mərkəzi Gömrük Hospitalından məlumat verilib.
Bildirilib ki, Cavid Paşayev hazırda ECMO və süni tənəffüs aparatlarına qoşulu vəziyyətdədir:
“Hemodinamika stabildir. Saturasiyası 90-98 faizdir. Xəstəliyin gedişində müsbət dinamika müşahidə olunur. Laborator göstəricilərdə və ağciyərlərin rentgenoloji müayinəsində müsbət dəyişikliklər qeydə alınır”.
Gununsesiaz.info
COMMENTS