Türkiyədə neft HƏYƏCANI

Türkiyənin Manisa vilayətinin Salihli rayonununu yenidən neft həyəcanı bürüyüb.

Gununsesi.info xəbər verir ki, keçən il neftə bənzəyən qara mayenin çıxdığı quyunun yaxınlığında üzüm bağına su axtaran fermer də oxşar vəziyyətlə üzləşib.

HTML tutorial

Qeyd edilib ki, Türkiyə Neft Şirkəti Salihlidə araşdırmalar davam etdirdiyi bir zamanda, eyni ünvandan oxşar xəbər gəlib.

Zeytunluqda üzüm bağı üçün su axtaran fermer qazma işləri zamanı xam neftə bənzəyən qara maye ilə qarşılaşıb. 208 metrdən mayenin çıxdığından əmin olmaq istəyən fermerin alışdırdığı maye alovlanaraq zeytun ağaclarını yandırıb.

Quyudan çıxan qara mayedən müayinə üçün nümunə götürüləcəyi bildirilib.

Gununsesi.info