İnsanlar Maskın tviter rəhbərliyindən getməsini istəyir

Tviterin rəhbəri İlon Mask sosial şəbəkədə insanların onun platformaya rəhbərlik edib-etməməsi ilə bağlı sorğu keçirib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, sorğusunda iştirak edənlərin çoxu onun tviter rəhbəri vəzifəsindən getməsinə səs verib.

HTML tutorial

“Mən bu sorğunun nəticələrinə əməl edəcəyəm”,-deyə Mask qeyd edib.

Həmçinin, istifadəçilərin 57,5%-i onun sosial şəbəkənin icraçı direktoru vəzifəsindən getməsi üçün səsvermədə iştirak edib.

Xatırladaq ki, bazar günü başlayan və 12 saat davam edən sorğuya 17,5 milyondan çox insan qatılıb.

Gununsesi.info