Türk Hava Yolları gələn il yeni 1200 pilot işə götürəcək

  • By admin
  • 19 Dekabr 2022 09:10

Türk Hava Yollarının (THY) baş direktoru Bilal Ekşi 2023-cü ildə prioritetlərinin açıqlayıb.

Gununsesi.info-nun Haberturk-ə istinadən verdiyi xəbərə görə, Bilal Ekşi gələn il üçün 2600 yeni kabin heyəti və 1200 yeni pilot alacaqlarını açıqlayıb.

HTML tutorial

 

THY-nin  baş direktoru  bildirib ki, 2022-ci ildə təyyaərələrinin sayı 390-a çatıb: “Biz 2003-cü ildə donanma sayına görə dünyada 35-ci idik.İndi isə dünyada 9-cu yerə yüksəlmiş bir hava yolu şirkətindən danışırıq.Bu bizim işimizin nəticəsidir”.

 

Tərcümə:

Mais