İndoneziyada qayıq batdı – 11 nəfər can verdi

  • By arzu
  • 28 Aprel 2023 17:03

İndoneziyada dəniz faciəsi baş verib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu ölkənin Sumatra adasında bir qayığın batması nəticəsində 11 nəfər ölüb, 9 nəfər isə itkin düşüb.

HTML tutorial

Olay zamanı qayığın içində 78 nəfər olub, onlardan 58-i qurtarılsa da, digər 9 nəfərdən xəbər alınmayıb.

Yolçuların çoxusu Ramazan Bayramını ailələri ilə keçirmək istəyi ilə öz şəhərlərinə etdikləri səfərdən dönürlərmiş.

İlkin ehtimallara görə, qəzanın səbəbi şiddətli külək və ya suyun altında olan böyük külçəyə ilişməsi olub.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info