Fazil Mustafa yeni kitabını çapa verdi - ƏHLİ-KİTABDA NƏDƏN BƏHS OLUNUR ?

“Artıq yeni kitabımı “Qanun” nəşriyyatına təqdim etdim. Düşüncələrin yenidən çək- çevir edilməsinə yardım edəcək bu kitabın şərti adı “Dirilən adamın düşüncələri” olacaq”.

Gununsesi.info bildirir ki, bunu deputat Fazil Mustafa sosial şəbəkədə yazıb.

HTML tutorial

O, bildirib ki, yeni kitabını xəstəxanada və evdə müalicə prosesində işləyib: ” Rəmzi mənada yenidən aktiv siyasətə kitabla başlamağı düşünürəm. Kitabsız vətənpərvərlərin, kitabsız dinçilərin cövlan etdiyi, söz sahibinə çevrildiyi, ictimai rəyin boğazına kəndir keçirdiyi məmləkətimizdə doğru düşüncəni israrla yaymalıyıq, çatdırmalıyıq. Çox yazmalıyıq, çox anlatmalıyıq. Əks halda bu cəmiyyət, bu dövlət, bu millət siyasi, dini, ideoloji cahilliyə tədricən təslim olacaqdır”.

Şəbnəm
Gununsesi.info