İmamoğlunu daşladıqlarına görə 13 nəfər saxlanıldı

Xəbər verdiyimiz kimi, İstanbul Böyük şəhər Bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğlu Ərzurumda keçirdiyi mitinq zamanı daşlı hücuma məruz qalıb.

Gununsesi.info “NTV”yə istinadən xəbər verir ki, aparılan araşdırmalar nəticəsində insidenti törətməkdə şübhəli bilinən 16 nəfərdən 13-ü saxlanılıb.

HTML tutorial

Bununla yanaşı, hadisə zamanı 12 nəfərin yaralandığı məlum olub. Yaralılara xəstəxanalarda tibbi yardım göstərilib və onlar evə buraxılıb.