
Karib hövzəsi ölkəsi Dominikan Respublikası dörd günlük iş həftəsi planı üçün hərəkətə keçib.
Gununsesi.info xəbər verir ki, hökumət işçilərin həftədə 44 saat deyil, 36 saat işləməklə eyni maaş alacağını açıqlayıb. 6 aylıq pilot tədqiqatda ölkədə fəaliyyət göstərən bir çox şirkət iştirak edəcək.
Könüllüliyə əsaslanan təcrübə fevral ayında başlayacaq və işçilər həftə sonu ilə yanaşı, cümə günü də istirahət edəcəklər.
Əmək naziri Luis Miguel de Kamps həftəlik iş vaxtının azaldılmasının işçilərin sağlamlığı və dincliyi üçün çox əhəmiyyətli olduğunu və bunun davamlı istehsalı təmin edəcəyini düşündüklərini söyləyib.
Tətbiqdə iştirak edəcək şirkətlər arasında Latın Amerikası telekommunikasiya şirkəti “Claro”, enerji şirkəti “EGE Haina”, avadanlıq şirkəti IMCA və dövlət qurumları var.
Ölkədəki universitetlər də nəticələri və müraciətin işçilər üzərində əksini təhlil edəcək.
Qeyd edək ki, həftədə 4 gün işləmək təcrübəsi əvvəllər İngiltərə, Belçika və İspaniya kimi ölkələrdə sınaqdan keçirilmişdi. ABŞ-da bəzi şirkətlər həftəlik iş saatlarını azaltmağa başladı.
Gununsesi.info