İkinci Dünya müharibəsi veteranı, 104 yaşlı amerikalı Vilyam Lepşis ad günündə koronavirusu məğlub etdi.
Gununsesi.org Modern.az-a istinadən xəbər verir ki, V.Lepşis koronavirusa Oreqon ştatının veteranlar evində yoluxub.
Xəstəliyin ilk simptomlarını martın 5-də hiss edən veteran bir aydan az müddətdə COVİD-19-dan tamamilə müalicə olunub. Aprelin 1-də isə V.Lepşis 104-cü ad gününü qeyd edib. Onun qohumlarından biri V.Lepşisin ispan qripindən, ABŞ-dakı böyük depressiyadan və İkinci Dünya Müharibəsindən salamat çıxmağı bacardığını vurğulayıb.
COMMENTS