Bakıda psixoloji problemləri olan kişi yoxa çıxdı

Bakıda psixoloji problemləri olan kişi yoxa çıxdı

Bakıda 40 yaşlı kişi itkin düşüb.

Gununsesi.org xəbər verir ki, ötən gün paytaxtın Sabunçu rayonu, Muxtarov qəsəbəsi, yeni yaşayış massivində yaşayan 1980-ci il təvəllüdlü E.Xəlilov evdən gedib və geri qayıtmayıb.

İlkin məlumatlara görə, E.Xəlilovun ciddi psixoloji problemləri olub.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.org

COMMENTS