Yer kürəsində tüğyan edən koronavirus pandemiyası ilə bağlı yeni dünya statistikası açıqlanıb.
Gununsesi.org worldometers.info saytına istinadən xəbər verir ki, virus 60,123 nəfəri həyatdan qoparıb. Ölənlərin çoxu yaşı 60-dan yuxarı olan şəxslərdir. Xəstəliyə yoluxan insanların sayı isə 1 milyon 130 min nəfərdir. Virus daşıyıcılarının 50 %-nə qədəri Avropa qitəsində yaşayır. Amerikada isə COVİD-19-a yoluxanlar 250 min nəfərə yaxınlaşır. Dünyada çoxsaylı insan qətliamına səbəb olan koronavirusdan sağalanların sayları da məlum olub. Son statistik rəqəmlərə görə, 234 min insan bu virusdan sağalaraq qurtula bilib.
Arzu
COMMENTS