Bu ölkədə karantinə əməl etməyənlər güllələnəcək –Prezidentdən ölkəni çalxalayan qəribə qərar (VİDEO)

Bu ölkədə karantinə əməl etməyənlər güllələnəcək –

Filippin Prezidenti Rodriqo Duterte ölkə əhalisinə müraciətində bildirib ki, koronavirusla əlaqədar tətbiq edilən karantin qaydalarına riayət etməyənlər ağır cəzalandırılacaq.

“HaberGlobal” məlumat verir ki, televiziya vasitəsilə əhaliyə müraciət edən prezident hərbçilərə səslənib:

“Əgər karantinə riayət etməyən şəxs həyatınıza təhlükə törədirsə, atəş açaraq onu öldürün”.

Qeyd edək ki, prezidentin sərt açıqlamasına səbəb ötən gün dövlətdən sosial yardım ala bilməyən filippinlilərin paytaxt Manilada etiraz aksiyası keçirməsi olub. Nümayişçilər polisin dağılışmaq əmrinə məhəl qoymayıblar.

 

 

Gununsesi.org

COMMENTS