BVF: “Heç vaxt dünya iqtisadiyyatının bu şəkildə dayanma nöqtəsinə gəldiyinə şahid olmadıq”

BVF: “Heç vaxt dünya iqtisadiyyatının bu şəkildə dayanma nöqtəsinə gəldiyinə şahid olmadıq”

“Koronavirus pandemiyası 2008-ci il qlobal maliyyə böhranından daha pis iqtisadi böhrana gətirib çıxardı”.
Gununsesi.org  Axar.az-a istinadla xəbər verir ki, bu sözləri Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristalina Georgiyeva deyib.
O bildirib ki, indiyə kimi 90 ölkə fonddan yardım istəyib və BVF 1 trilyon dollarlıq vəsaiti bu yolda istifadə etməyə hazırdır.
Georgiyeva əlavə edib ki, koronavirusa qarşı ən müdafiəsiz ölkələr iqtisadiyyatı inkişaf etməkdə olan və inkişaf etmiş ölkələrdir:
“Təcili maliyyə tələbi məsələsində indiyə kimi belə bir halla qarşılaşmamışıq. BVF-nin tarixində heç vaxt dünya iqtisadiyyatının bu şəkildə dayanma nöqtəsinə gəldiyinin şahidi olmadıq”.

Gununsesi.org 

COMMENTS