Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.
Gununsesi.org xəbər verir ki, hadisə metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında qeydə alınıb.
1990-cı il təvəllüdlü Atayev Nurlan Vəlafət oğlu naməlum şəxslə mübahisə zəminində bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
Gununsesi.org
COMMENTS