
“Hazırda Gədəbəy Rayonunun Söyüdlü kəndində tam sakitlikdir. Hər kəs öz iş-gücü ilə məşğuldur”.
Bunu Gununsesi.info-ya açıqlamasında Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov rayondakı vəziyyətə dair suala cavabında deyib.
Rayonun Söyüdlü kəndində polis postunun hələ də qalmasına gəlincə, icra başçısı bildirib ki, bu, Daxili İşlər Nazirliyinə aid məsələ olduğundan bir söz deyə bilməz: “Bu barədə Daxili İşlər Nazirliyindən soruşsanız, yaxşı olardı”.
Qeyd edək ki, bir nçə gün əvvəl adıçəkilən kəndin sakinləri ekoloji təhlükəyə etiraz olaraq aksiya keçirib.
Güclü polis müdaxiləsi ilə dağıdılan aksiya sonradan həbslərlə nəticələnib. Hadisədən bir gün sonra kəndin girişinə polis postu qoyulub. Kənddə qeydiyyatı olmayan şəxslər oraya buraxılmır.
Elmar
Gununsesi.info