İclas zamanı çılpaq görüntülənən bələdiyyə üzvü istefa verdi –- FOTO

İclas zamanı çılpaq görüntülənən bələdiyyə üzvü istefa verdi –

İspaniyanın şimalındakı Torrelaveqa şəhərində bir bələdiyyə üzvü “Zoom” proqramı ilə həyata keçirilən iclas zamanı kameranın açıq olduğunu unudaraq duşa girib. 
Gununsesi.org xəbər verir ki, duşdan çıxarkən çılpaq görüntüləri sosial mediada yayılan bələdiyyə üzvü baş verənlərdən sonra istefa verib.
İspaniya mediası Bernardo Bustillonun mediaya məktub yazaraq baş verən hadisə ilə bağlı çox utandığını və üzr istədiyini açıqlayıb.
Gununsesi.org

COMMENTS