Gürcüstanda daha 2 nəfərə koronavirus diaqnozu qoyulub.
Gununsesi.org “Report”a istinadla yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da, qonşu ölkədə COVID-19 aşkarlanan şəxslərin ümumi sayı 948-ə çatıb. Onların 825-i sağalıb, 15-i isə vəfat edib.
Gürcüstan üzrə karantində 3 569, stasionar nəzarətdə isə 199 nəfər saxlanılır.
Gununsesi.org
COMMENTS