Dövlət Təhlükəsizlik Xidmətinin Azərbaycan Xarici İşlər Nazirliyində keçirdiyi anti-korrupsiya əməliyyatı bu nazirliyin rəhbər şəxslərinin fəaliyyətini bir daha gündəmə gətirdi.
Qeyd edək ki, nazir Elmar Məmmədyarovun övladlarına ABŞ-da 4.2 milyon dollara mənzil alması XİN-də korrupsiya cinayətlərini ortaya çıxardı.
Gununsesi.org-un xəbərinə görə, XİN rəhbərliyinə daxil olan bir çox şəxslərin barəsində ayrıca araşdırma başlayıb.
Bu şəxslər arasında ölkənin sabiq baş prokuroru Zakir Qaralovun Xarici İşlər Nazirliyinin konsulluq idarəsinin rəis müavini işləyən qardaşı Hamlet Qaralov da var.
Hamlet Qaralovla bağlı google axtarış sistemində çıxan bir məlumat isə hər kəsi şoka salmaya bilməz. Belə ki, həmin məlumatlarda Hamlet Qaralovun Azərbaycanın Gürcüstandakı səfirliyində işlədiyi zaman Ermənistanın xüsusi xidmət orqanları ilə əlaqəsindən bəhs edilir.
COMMENTS