Bakıda boya fabrikində yanğın başlayıb.
Gununsesi.org-un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, 7-ci mikrorayon ərazisindəki “Sobsan” boya fabrikinin sexində yanğın başlayıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb edilib. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
***
21:38
Gununsesi.org-un məlumatına görə, Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev yanğın baş verən əraziyə gəlib.
Gununsesi.org
COMMENTS