İranın Gülüstan əyalətində 4,6 bal gücündə zəlzələ olub

İranın Gülüstan əyalətində 4,6 bal gücündə zəlzələ olub

İranın Xəzər dənizi sahilində yerləşən Gülüstan əyalətində 4,6 bal gücündə zəlzələ qeydə alınıb.

Gununsesi.org-un məlumatına görə, zəlzələ saat 22:04 radələrində Gülüstan əyalətinin Gümüş təpə bölgəsində yerin 10  kilometr dərinliyində baş verib.

Yeraltı təkan ətraf rayonlarda da hiss olunub.

Ölən, yaralanan və dağıntılar haqqında hələlik məlumat yoxdur.

 

 

Gununsesi.org

COMMENTS