Braziliya millisinin keçmiş baş məşqçisi koronavirusa yoluxub

Braziliya millisinin keçmiş baş məşqçisi koronavirusa yoluxub

Braziliya milli futbol komandasının keçmiş baş məşqçisi Vanderley Luşemburquda koronavirus infeksiyası aşkarlanıb.  

Bu barədə məşqçi özü sosial media hesabında bildirib.

O deyib ki, COVID-19 üçün götürülən analizin cavabı müsbət çıxdığı üçün dərhal rəhbərlik etdiyi “Palmeyras”ın məşqlərindən ayrılıb.

Xatırladaq ki, Vanderley Luşemburqu 1998 – 2000-ci illərdə Braziliya millisinin baş məşqçisi olub.

 

 

Gununsesi.org

COMMENTS