Hindistanda müsəlman uşağa təcavüz – Müəllimləri başqalarını onu vurmağa təşviq edir

  • By arzu
  • 28 Avqust 2023 11:17

Hindistadnda bir məktəbdə müsəlman uşağa edilənlər gündəmə çevrilib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, müəllimlərinin müsəlman uşağın digər şagirdlər tərəfindən vurulmasına təşviq edilməsi cəzası böyük hiddətə səbəb olub. Müəllimlərin həmin cəzanı müsəlman olan şagirdə özəl olaraq etdikləri ortaya çıxdı.

Bir uşaq şagirdlərin qarşısında ayaqüstü dayanır. Tək-tək digərləri gəlib ona yumruq, şillə vururlar.

Çarəsiz müsəlman uşaq göz yaşları içində ağlayır. Bu dəfə müəllim digər uşaqlara “daha sərt vurun” xəbərdarlığını edir.

Bir nəfər isə bu görüntüləri gülərək çəkir.

Şagirdini bütün sinfin qarşısında aşağılayan müəllimin davranışı “irqçilik” oalrq qiymətləndirilib. Etirazlara yol açıb. Üzr istəyən müəllim uşağı  ailəsini günahlandırıb.

“Əliləm, yerimdən qalxa bilmədiyim üçün uşaqlardan onu vurmalarını istədim. Xəta etdim”, – deyə bildirib.

Hindistandakı müsəlman cəmiyyətləri görüntülərə etira edib. Uşağın atası öz övladını məktəbdən çıxarıb.

Müsəlman cəmiyyətlər müəllimin məhkəməyə verilməsi üçün ailəni hərəkətə keçirməyə çalışırlar.

 

Tərcümə: Arzu

Gununsesi.info