
Taksi mənə doğru yaxınlaşarkən ürək döyüntülərim sürətlənir. Bu, ömrümdə şahid olacağımı düşünmədiyim qəribə bir durumdur.
Gununsesi.info xarici mətbuata istinadən Amerikanın San-Fransisko şəhərindəki sürücüsüz taksilərlə bağlı maraqlı yazını sizə təqdim edir.
Yaxınlaşan taksinin vir sürücüsü yoxdur. Tam qarşımda dayanır, məni gecə qaranlığında verdiyim adresə daşımadan öncə teelfonumla qapının kilidini açmağa davam edir.
Məni gecənin qaranlığında sifariş etdiyim adresə daşımadan öncə telefonumla qapının qıfılını açır. Ancaq tam içəri girərkən yoldan keçən bir nəfər mənə yaxınlaşır. “Bu avtomobillər etibarsızdır”, deyir.
Bir nəfərin robot taksilər tərəfindən əzildiyini gördüyünü söyləyir. Diqqətli olmaqla bağlı məni xəbərdar edir.
Həmin bu adam San-Fransisko şəhərindəki robot taksilər əleyhinə olan birliyin üzvüdür. Eyn qrup şəhər idarəsinin, insan həyatını riskə atan təhlükəli bir sınaq içində olduğunu müdafiə edir.
Bu qrup içindən bəziləri bir addım daha irəli getdi. Kuka (rəngli noğullar) aksiyaları keçirməyə başladı. Bu aksiyada ön “kapot”una kukalar yerləşdirilən avtomobillərin baxış bucaqları dövrə xaricində xuraxılır.
Safe Street Rebel (Təhlükəsiz Küçələr üçün Üsyan) adlı bir dəstə hərəkətlərini “conin” kukaçılıq olaraq təsvir edir.
Paylaşdıqları bəzi videolar internetdə viral oldu.
Ancaq şəhər idarəsi indilik bu avtomobillərin küçələrdə fəaliyyət göstərməsinə icazə verməkdə qərarlıdır.
10 avqust 2023-cü ildə Kaliforniya İctimai Xidmətləri Komissiyası edilən səsvermə ilə iki sürücüsüz taksi şirkətinin gün boyunca 24 saat xidmət etməsinə icazə verdi.
Daha öncə bu şirkətlərin yalnız gecələr ödənişli daşıma gerçəkləşdirmələrinə icazə verilirdi.
Ancaq bu səsvermədən öncə yetkililər xalqdan adamların narahatlıqlarını nəzərə alan 6 saatlıq bir toplantı keçirdi.
Buraya qatılan “Uber” və “Lyft” sürcüləri tobot taksilərin yaşam gəlirlərini ortadan qaldıracağından narahat idilər.
“Uber” sürücüsü olan ana Rosine “Sürücüsüz taksilərin yayılmasına icazə verərsinizsə, işlərimizi əllərimizdən alacaqlar. Mən işsiz bir anayam”, – deyə narahatlığını dilə gətirirdi.
Zibil üzrə yük avtomobillərinin təmsçilsiləri sürücüsüz maşınlaırn tez-tez qəza etdiyini və avtomobillərinin qarşısını kəsdiklərini şikayətlərində bildiriblər.
San-Fransiskonın yanğınsöndürmə qutumu yetkililəri də eyni səbəbdən dolayı, bu avtomobilləri tənqid ediblər. Nu il 55 dəfə qarşılarının yollarda robot taksilər tərəfindən tıxandığını bildiriblər.
Toplantıya qatılanlar arasında bu texnologiyanın etibarlı və təhlükəsiz olduğunu müdafiə edənlər də olub.
San-Fransiskoda bir taksi sürücüsü olan Metteu Suter “Mən texnologiya tərəfdarı olan birisiyəm, ancaq bu texnologiya hələ hazır deyol, dostlar. Bu, San-Fransisko xalqı üçün bir təhlükədir”, – deyə bildirib.
Əlil və şikəstləri təmsil edən bir qurum işçiləri də bəzi durumlarda sürücü yardımı olmadan avtomobillərə əngəlli adamların minməsinin mümkünsüz ola biləcəyini dilə gətiriblər.
Sürücüsüz taksilərin tərəfində danışıqlar da edilib.
San-Fransiskoda ortopediya cərrahı və iddialı bir velosiped sürücüsü olan Corc Yanku taksilərin “necə davrandığını yaxşı bildiyini” robot taksilərə onlara əsəbi olan sürücülərdən daha çox güvəndiyini vurğulayıb.
Gözdən əlil Cessie Volinski isə “Uber” və “Lyft” sürücüləri tərəfindən şiddət və təcavüzə uğradığı olayları anladıb.
Sürücüsüz taksilərin ona “daha öncə heç yaşamadığı bir güvənlik səviyyəsi təmin etdiyini” açıqlayıb.
Taksi sürücüləri tərəfindən uşaq oturacağı səbəbi ilə rədd edildiyini anladan bir ana sürücüsüz taksilərin belə bir şeyi “əsla edə bilməyəcəyini” xatırladıb.
“Cruise” adlı şirkətin robot taksilərini son aylarda bir neçə dəfə işlətdim. Heç bir qəza olmadan istifadə etdim. Ancaq mindiyim taksilərdən biri yol ortasında qaldı.
Sağa doğru sərt dönüşü necə edəcəyindən əmin olmadıqda, anidən dayandı.
Robot taksilərin işlədilməsinə icazə verən səsvermədən 8 gün sonra “Cruise” sürücüsüz avtomobili bir yanğınsöndürmə avtomobili ilə qəza etdi.
Eyni qəzadan sonra “Cruise” Motorlu Nəqliyyat Qurumunun tələbi ilə yollardakı avtomobil sayını yarıya endirməyə məcbur oldu.
Şəhərin baş prokuroru David Chiu da İctimai Xidmətlər Komissiyasını xəbərdar edib.
Şəhərin nəzarətsiz genişləmədən zərər görəcəyini açıqlayıb.
“BBC”yə açıqlama verən “WAYMO” şirkət avtomobillərinin 2 milyon mildən çox avtomotik sürüş gerçəkləşdirdiyini vurğulayıb.
Bu sürüşlərdə bir piyada və ya velosipedli ilə tək qəzanın belə yaşanmadığını bildirib.
“WAYMO” açıqlamasında edilən qəzaların hər birində digər avtomobilin qaydaları pozduğunu, ya da təhlükəli bir şəkildə avtomobildən istifadə edildiyi üçün qəza yaşandığını iddia edib.
“Cruise” şirkəti də “BBC”yə açıqlamasında tam avtomotik 3 milyon kilometrin tamamlandığını,ş texnologiyaların güclü və təhlükəsiz keçmişə sahib olduğunu müdafiə edib.
Ancaq bir çox şəhərli buna inanmış deyil.
Beləcə, San-Fransisko şəhəri qəribə bir dönəmdən keçir.
Şəhər yeniliyin önçüsü olmaq istəyir.
Sürücüsüz taksi şirkətləri avtomboillərinin təhlükəsiz olduğuna israr edilər. Ancaq onların yollardakı gələcəkləri San-Fransisko xalqını inandırmaqlarından asılıdır.
Tərcümə: Arzu