
Tunisin şərqində hərbi helikopter qəzaya uğrayıb.
Gununsesi.info xəbər verir ki, hadisə Qabes əyalətinin Əl Hamma bölgəsində baş verib.
Qəza nəticəsində təyyarədə olan 3 hərbçi həlak olub.
Respublikanın Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Məhəmməd Zəkri bildirib ki, helikopter heyəti gecə təlimlərində iştirak edib. Hazırda qəza ilə bağlı araşdırma aparılır.
Gununsesi.info