
Bakı-Quba yolunun Sumqayıtdan keçən 48-ci kilometrliyində ölümlə nəticələnən yol qəzası qeydə alınıb.
Gununsesi.info xəbər verir ki, Zaur Paşayev idarə etdiyi “Mercedes Benz Atego” markalı yük avtomobili ilə yolu keçmək istəyən piyada, 1990-cı il təvəllüdlü Qəniyev Vüsal Tofiq oğlunu vurub.
Ağır bədən xəsarətləri alan 31 yaşlı piyada ölüb. Meyit aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info