
Eks prezident Mixeil Saakaşvilini ölkənin hazırkı prezidenti tərəfindən əfv edilməsi və ya ekstradisiya yolu ilə azad etmək olar.
24News.ge xəbər verir ki, bu barədə Saakaşvilinin vəkili Beka Basilaya məlumat verib.
O, Gürcüstan prezidenti Salome Zurabişvilinin Saakaşvilini əfv etməyəcəyinə dair bəyanatını da xatırladıb, lakin qeyd edib ki, bu gün vəziyyət dəyişə bilər.
Vəkilin sözlərinə görə, Gürcüstanın sabiq prezidentinin taleyi siyasi iradədən asılıdır.
Beka Basilaya hesab edir ki, Gürcüstanda bu gün keçiriləcək yerli özünüidarəetmə orqanlarına seçkilərin nəticələri ölkə prezidentinin qəti qərarına təsir edəcək.
Saakaşvilinin Ukraynaya ekstradisiyası haqqında danışan vəkil vurğulayıb ki, bu prosedur uzun vaxt aparır. Bundan başqa, Ukrayna hakimiyyəti hələ Gürcüstana bununla bağlı müvafiq sorğunu göndərməyib.
Gununsesi.info