HƏMAS-ın sirr kimi saxladığı gerçəyi fransız qəzeti üzə çıxardı

Fransanın “Le Figaro” qəzeti HƏMAS-ın 7 oktyabr hücumundan əvvəl gördüyü hazırlıqları oxucuları ilə bölüşüb.

Gununsesi.info xəbər verir ki, qəzetin əldə etdiyi mənbələrə görə, HƏMAS əməliyyata hazırlıqları böyük məxfilik şəraitində həyata keçirib. Hətta “Hizbullah” lideri Həsən Nəsrullaha hücumdan cəmi bir neçə dəqiqə əvvəl məlumat verilib.

HƏMAS-ın 7 oktyabr planını bir neçə yüksək rütbəli şəxsdən başqa heç kimin bilmədiyini yazan “Le Figaro” HƏMAS lideri Sinvarın əməliyyatı çox gizli saxladığını və planlarını hətta HƏMAS-ın nüfuzlu şəxslərindən gizlətdiyini qeyd edib. Məsələn, HƏMAS-ın Livandakı nümayəndəsi Usamə Həmdan hücumdan media vasitəsilə xəbər tutub.

Qəzetin xəbərində həmçinin İsrailə qarşı oxşar hücum planlaşdıran “Hizbullah”ın bu vəziyyətdən məmnun olmadığı, HƏMAS-ın “Hizbullah”dan daha güclü dəstək gözlədiyi, lakin tapa bilmədiyi iddia edilib.

İordaniyalı bir mənbə “Le Figoro”ya bildirib ki, aylarla üzvlərinə gizli təlim keçən Həmas İsraili çaşdırmaq üçün yüksək səviyyəli komandirləri dəyişdiyini açıqlayıb, Qəssam briqadalarının rəhbəri kimi tanınan Məhəmməd Deifin artıq aktiv vəzifədə olmadığını və silahlı qanadın əsl liderinin əslində Yəhya Sinvarın kiçik qardaşı Məhəmməd Sinvar olduğunu iddia edib.

Qəzza metrosunun memarı kimi tanınan “müsafir” kod adlı Məhəmmədd Deif İsrail tərəfindən ən azı 7 sui-qəsd cəhdinə məruz qalıb.

İngiltərənin “The Telegraph ” qəzetinə danışan bir mənbə, Deifin bir gözünü və bəlkə də bəzi üzvlərini itirdiyini iddia edərək,bildirib ki, “Deif ölməyib, əsa ilə gəzir, amma ağlı hələ də işləyir. O, hələ də nüfuzlu bir şəxsdir, hərbi qanadda problemləri həll edir, lakin hərbi qanadın başında duran Yəhya Sinvarın qardaşı Məhəmməddir”.

“Times of Israel” qəzeti də Məhəmməd Sinvarın Qəzzada ən çox axtarılan adamlardan biri olduğunu və İsrailin onun üçün Deifin başına üç dəfə çox mükafat təklif etdiyini yazıb.

Gununsesi.info