İsrail ordusu açıqladı: Əməliyyat uğursuz oldu

İsrail ordusu Qəzzada HƏMAS-ın saxladığı məhbusların xilas edilməsi əməliyyatının uğursuzluqla nəticələndiyini və bu əməliyyat zamanı 2 əsgərin ağır yaralandığını açıqlayıb.

Gununsesi.info bildirir ki, İsrail Ordusundan verilən yazılı açıqlamada, əsgərlərin dünən gecə Həmas mövqelərinə basqın edərək, israillilərin qaçırılması və əsir götürülməsində iştirak edən silahlı şəxsləri zərərsizləşdirdiyi bildirilib.

Açıqlamada əməliyyatda 2 əsgərin ağır yaralandığı bildirilib, sözügedən cəhddə əsirləri xilas etmək mümkün olmadığı qeyd edilib.

Gununsesi.info