Ermənistanda da Anım günü təsis olundu

  • By Admin2
  • 20 Yanvar 2026 12:05

Ermənistan parlamenti  27 yanvar tarixinin “Vətənin Müdafiəsi Uğrunda Həlak Olanlar üçün Anım Günü” təklif edən qanun layihəsini ikinci oxunuşda qəbul edib.

Gununsesi.info xəbər verir ki, parlamentin vitse-spikeri Ruben Rubinyan və deputat Geqam Nazaryan tərəfindən hazırlanan layihədə 27 yanvar tarixi qeyri-iş günü kimi təsis ediləcək.

Qanunun qəbulundan sonra Ruben Rubinyan bildirib: “Bizim xahişimizlə, prezident qanunu mümkün qədər tez imzalayacaq ki, bu il qüvvəyə minsin, ona görə də 27 yanvar qeyri-iş günü olacaq”.

Gununsesi.info