Litva Prezidenti Gitanas Nauseda Azərbaycanın 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar şəhidlərin xatirəsini yad edib.
Gununsesi.info-nun xəbərinə görə, Gitanas Nauseda öz “X” hesabında bununla bağlı paylaşım edib.
“Litva 1990-cı ilin yanvar ayında sovet təcavüzü zamanı şəhid olan günahsız insanların müqəddəs xatirəsini ehtiramla yad etdiyi bu gündə Azərbaycanla həmrəydir.
Sovet təcavüzü Azərbaycan xalqının iradəsini qıra bilmədi.
Ruhları şad olsun”, – deyə prezident bildirib.













