
Tbilisidə prokurorluq fəal Anna Subelianinin atasını döyən şəxsə qarşı ittiham irəli sürüb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, 73 yaşlı kişi mayın 11-də evinin yaxınlığında hücuma məruz qalıb.
İdarənin məlumatına görə, təqsirləndirilən şəxs onun qonşusudur.
Kişiyə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 120-ci maddəsinin 1-ci hissəsi – qəsdən sağlamlığa yüngül xəsarət yetirmə maddəsi ilə ittiham irəli sürülüb.
Şöbə istintaq zamanı təqsirləndirilən şəxslərin həbsdə saxlanması üçün məhkəməyə müraciət edilib-edilməyəcəyi dəqiqləşdirməyib. Həmin şəxsin hazırda saxlanılıb-saxlanılmaması da bəlli deyil.
Bildirilir ki, Subeliani LGBT hüquqlarını qoruyan Tbilisi Pride təşkilatının yaradıcılarından biridir.
Qeyd edək ki, fəal “Xarici agentlər haqqında” qanuna qarşı keçirilən bütün mitinqlərdə iştirak edib.
Şəbnəm
Gununsesi.info