ABŞ-da koronavirusa yoluxmaqdan qorxan evli cütlük intihar edib

ABŞ-da koronavirusa yoluxmaqdan qorxan evli cütlük intihar edib

Koronavirus pandemiyası insanların psixoloji vəziyyətinə də ciddi təsir göstərir.

Gununsesi.org məlumat verir ki, ABŞ-ın “Fox News” kanalının xəbərinə görə, İllinoys ştatında yoluxucu xəstəliyə yaxalandığını düşünən evli cütlük evlərində intihar edib.

İnsident ştatın Uill ərazi dairəsinə daxil olan Lokport Taunşip şəhərində baş verib.

Patrik Cesernik (54 yaş) və Şeril Şrifer (59) adlı həmin şəxslərin valideynləri övladlarından uzun müddət xəbər almadlqları üçün dairə şerifinə (polis rəisi) müraciət ediblər. Polislər onların meyidlərini evlərinə gəldikləri zaman aşkar ediblər. Evdə doldurulmuş revolver və yerdə iki giliz tapılıb. Hər iki cəsədin baş nahiyəsində ölümcül güllə yarası olduğu görülüb.

Hadisə yerinə gələn valideynlər polis əməkdaşlarına əsasən Cesernikin COVİD-19 virusunu qapma təhlükəsindən çox qorxduğunu deyiblər. Bundan öncə Şeril Şrifer nəfəs darlığı səbəbindən həkimə müraciət edib və test nəticəsi mənfi olub.

Məhkəmə tibb-eksertizası cəsədlərin heç birində koronavirusun aşkar olunmadığını qeyd edib.

Qeyd etmək lazımdır ki, 3 gün öncə ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi brifinq zamanı “COVİD-19” epidemiyasının ölkədə ev zorakılığı, narkotiklərdən istifadə və intihar hallarını artıracağı ilə bağlı qayğılarını dilə gətirmişdi.

Onun sözlərinə görə, ölkə buna görə tezliklə normal həyata geri dönməlidir. Prezident virus səbəbndən insanların həm iş yerlərini itirməsindən, həm də maddi zərərə uğramalarından dolayı özlərinə qəsd edə biləcəklərini söyləmişdi.

 

 

 

Gununsesi.org

COMMENTS