Gömrük baxışı zamanı müsadirə edilmiş əmlakları ələ keçirən şirkətdən AÇIQLAMA

“Capitals Auction” MMC ümumilikdə əmlakların qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olmayıb və qanunvericiliyin tələblərinə uyğun olaraq bu fəaliyyətlə məşğul ola bilməz”.

Bunu “Capitals Auction” MMC bildirib.

HTML tutorial
Şirkət qeyd edib ki, Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin rəsmi məktubu əsasında müsadirə olunmuş əmlakların satışı üzrə kütləvi informasiya vasitələrində elan verilib və əmlakların satışı ilk dəfə açıq hərrac vasitəsi ilə təşkil edilib:

“Eyni zamanda hərrac mərkəzi qanunvericiliyə uyğun olaraq “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan əmlaklarla tanış olmayıb və heç bir halda həmin əmlakları təhvil almayıb.

Lakin paylaşılan rəsmi xəbərdə bütün bunların əksi göstərilir. Yəni həmin əmlakların qeyd olduğu kimi tərəfimizdən dəyərindən ucuz qiymətləndirilməsi, təhvil götürülməsi və mənimsənməsi qeyri-mümkün olmaqla yanaşı heç bir faktla təsdiq edilmir və reallığı əks etdirmir”.

12:20

Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsləri barəsində həmin qurumdan Baş Prokurorluğa daxil olmuş materiallar üzrə araşdırma aparılan zaman “Capitals Auction” MMC-nin vəzifəli şəxslərinin cinayət əməlləri ifşa edilib.

Baş Prokurorluqdan verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla Anar Cəlilovun qeyd olunan MMC-nin direktoru vəzifəsində işləyərkən Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin rəsmi məktubu əsasında təhvil aldığı 30 min manat dəyərində müsadirə edilmiş dərman preparatlarının guya vətəndaş tərəfindən hərracda daha aşağı qiymətə alınmasına dair rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən olunub.

Toplanmış sübutlar əsasında Anar Cəlilova Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Gununsesi.info