Axtarışda olan 161 nəfər saxlanıldı

İyunun 12-də ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 161, o cümlədən borclu şəxs qismində axtarışda olan 139 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

HTML tutorial

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir yol-nəqliyyat hadisəsi baş verib, nəticədə bir nəfər ölüb.

Narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.

Gununsesi.info