Bulvarda kaktusları yandıran şəxs ələ keçdi

Dənizkənarı Bulvar ərazisində kaktusları kəsərək yandıran şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

HTML tutorial

Bildirilib ki, həmin ərazidə kaktusların kəsilməsi, yandırılması ilə bağlı yayılan görüntülər araşdırılıb. Əməli törədən şəxs Varis Etibar oğlu Cəfərli polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

“Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir”, – məlumatda qeyd edilib.

Gununsesi.info