Avtomobil dəmiryol keçidində qatara çırpılıb, xəsarət alanlar var

“Azərbaycan Dəmir Yolları”na məxsus teplovoz Sumqayıt-Çay mənzilində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 99-PL-593 olan “Azsamand” markalı avtomobil dəmiryol keçidində qatara çırpılıb.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

Hadisə nəticəsində xəsarət almış sürücü və sərnişin təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıblar.

“ADY bir daha nəqliyyat vasitələri sürücülərini Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmiryol keçidlərinə yaxınlaşarkən sürət həddini azaltmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır”, – deyə QSC-dən bildirilib.

Gununsesi.info