Humanitar yardım daşıyan yük maşınları Ucara çatıb - Video

Xəbər verdiyimiz kimi, Bakıdan Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün humanitar yardım yola salınıb.

Humanitar yardım karvanında ilkin mərhələ üçün 40 ton un məmulatları var.

Gununsesi.info-nun “AzTV Xəbər”ə istinadən məlumatına görə, humanitar yardım daşıyan yük maşınları hazırda Ucar rayonu ərazisindədir

“Yolun yarısından çoxu qət edilib. Xankəndiyə 2 saata yaxın yol qalıb”, – telekanalın əməkdaşı deyib.