Gədəbəydə tuneldə qumbara tapıldı - FOTO

Gədəbəy rayonunda qumbara aşkar edilib.

Gununsesi.info Ədliyyə Nazirliyi Penitensiar Xidmətə istinadən xəbər verir ki, DİN ilə birgə keçirilən tədbirləri nəticəsində İmamquliyev Nurlan Kamil oğluna məxsus “RQM-D” markalı əl qumbarası və 1 ədəd “DVM” markalı partladıcının yeri müəyəyn edilib.

Qumbara və partladıcı Gədəbəy şəhəri, X.Haqverdiyev küçəsində köhnə tunelin içərisində aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.