
Almaniyada ixtisaslı işçi miqrasiyasını asanlaşdırmaq məqsədilə qanun layihəsinə əlavələr edilib.
Qanunun son variantı bu həftə parlamentdə səsə qoyulacaq.
Gununsesi.info Deutsche Welle-ə istinadən xəbər verir ki, yeni qanuna əsasən, turist vizası ilə Almaniyaya gəlib, orada iş tapan insanlar birbaşa işləməyə başlaya biləcəklər.
Xəbərdə deyilir ki, iş axtaran şəxs qanunda göstərilən keyfiyyətlərə cavab verən iş təklifi aldıqda Almaniyada işə başlaya biləcək.
İxtisaslı işçilərin ailələrini də özləri ilə aparmaları asanlaşacaq.
Şəbnəm
Gununsesi.info