MEDİA jurnalistlər üçün “Rəqəmsal mediada “storytelling” və müasir publisistika” mövzusunda təlim təşkil edib FOTOLAR

  • By arzu
  • 20 İyun 2023 14:04

Bakıda “Rəqəmsal mediada “storytelling” və müasir publisistika” mövzusunda təlim keçirilib.

ADA Universitetində Medianın İnkişafı Agentliyinin və universitetin İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının birlikdə keçirdiyi təşkilatçılığı ilə təlim keçirilib.

HTML tutorial

Gununsesi.info xəbər verir ki, təlim kursunda Türkiyədən olan mütəxəssis Can Mumay leksiya keçib. Dünya eksperti olan Mumay kurs zamanı iştirakçılara rəqəmsal mediada istifadə, kütlə ilə işləmək, xəbər hazırlanması və produktivliyi, xəbər hazırlanmasında peşələrin bir-biri ilə yardımlaşması, sosial mediada xəbər rəqabəti və bazarlanması kimi metodlar öyrədilib. Kursda fotolarla, videolarla, qrafik və infoqrafikalarla işləmə bacarıqlarının inkişaf etdirilməsi yolları izah edilib.

Kursun başlıca məqsədi 360 dərəcəli məzmun tərtibatı, onun dizaynı haqqında məlumatlılığın yüksəldilməsi və bu yöndə yeni bilik və bacarıqların qazandırılması olub.

Təlimlərdə “Günün Səsi”nin əməkdaşı Arzu Məmmədovda iştirak edib.

Kursun sonunda iştirakçılara sertifikatlar verilib.

 

 

Arzu

Gununsesi.info