Danimarka Ukraynaya hərbi yardımı artırmaq niyyətindədir

  • By ilhame
  • 25 Aprel 2024 21:23

Danimarka hakimiyyəti bu il Ukraynaya hərbi yardımı 630,5 milyon dollar artırmaq niyyətindədir.

 

Gununsesi.info xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

 

Qeyd olunur ki, 2023-cü ildən 2028-ci ilə qədər Danimarkanın Ukraynaya yardımı təxminən 9,3 milyard dollar təşkil edəcək.

 

“Hökumət və Danimarka parlamentindəki partiyaların böyük əksəriyyəti 2024-cü ildə Ukraynaya hərbi dəstəyi 4,4 milyard kron artırmağa razıdır… Artımla Ukrayna fondu çərçivəsində hərbi dəstəyin ümumi həcmi ümumilikdə 64,8 milyard kron təşkil edəcək”, – deyə məlumatda bildirilir.

Gununsesi.info